Saat:17:37
Haqqımızda

Ağstafa İcra Hakimiyyəti 6280 manat borcunu ödəyə bilmir

2025-11-22 12:19:47

Ağstafa İcra Hakimiyyəti 6280 manat borcunu ödəyə bilmir

Ağstafa rayon İcra Hakimiyyətinin rayonda həyata keçirdiyi abadlıq işləri ilə bağlı borcu yaranıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda bildirilir ki, yaranmış borcun məbləği 6280 manat təşkil edir. Borcun yaranmasının səbəbi isə 700 ədəd müxtəlif elektrik lampalarının alınması nəticəsində yaranıb. Bununla bağlı iki dəfə tendder keçiriləs də, nəticə hasil olmayıb.
Azərbaycan Prezidenti yanında Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi keçirilən hər iki tenderin nəticəsini “Dövlət satınlamları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edib.

Həmin maddəyə əsasən satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda tender ləğv edilir.

Tribunainfo.az