Ağdərədə mal-qara otararkən minaya düşdü
2025-07-10 09:25:18
Ağdərədə mina partlayışı hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev Həsənqaya ərazisində mal-qara otararkən minaya düşüb.
Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Qafqazinfo.az
