Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
2025-12-08 13:16:00
Hurriyyet.az xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Hurriyyet.az
