Saat:16:33
Haqqımızda

Ağ Ev müraciət etdi - İsrail Suriayaya zərbələri dayandıracaq

2025-07-16 09:20:04

Ağ Ev müraciət etdi - İsrail Suriayaya zərbələri dayandıracaq

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İsrailin Suriyaya zərbələri dayandırılacaq.
"Axios" nəşrinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampn administrasiyasının müraciətindən sonra İsrail hakimiyyəti Suriyanın hərbi obyektlərinə zərbələr endirməyi dayandırmağa razı olub. 
Bundan əvvəl Suriya hakimiyyəti Əs-Suveyda rayonunda asayişin bərqərar olması üçün tankların göndərilməsi ilə bağlı İsrailə xəbərdarlıq etmişdi. Şəhərdə druzlarla bədəvilər arasında döyüşlər gedir. İsrail isə Suriyadakı druzların müdafiəsinin zərurliyini bəyan etmişdi. Bundan sonra İsrail qüvvələri Əs-Suveyda və Deraa bölgələrinə raket zərbələri endirmişdilər.
Hürr Tərcüman