Saat:19:13
Haqqımızda

AĞ EV BİR NEÇƏ GÜNƏ SÜLH PLANINI AÇIQLAYACAQ - “Zelenski təzyiq altında bu planı qəbul etməyə məcbur olacaq”

2025-11-19 17:11:40

AĞ EV BİR NEÇƏ GÜNƏ SÜLH PLANINI AÇIQLAYACAQ - “Zelenski təzyiq altında bu planı qəbul etməyə məcbur olacaq”

ABŞ-nin nüfuzlu “Politico” nəşri sensasiyalı məlumatla çıxış edib.

Hurriyyet.az xəbər verir ki, “Politico”-nun yazdığına görə, Ağ Ev Rusiya ilə yeni böyük bir sülh müqaviləsi təqdim etmək niyyətindədir və ABŞ rəsmiləri bunun Ukrayna ilə müharibəyə nəhayət son qoyacağını deyirlər.

Qeyd edilir ki, Donald Tramp administrasiyası yaxın günlərdə bütün tərəflərin Ukraynadakı müharibəyə son qoymaq üçün razılığa gəlməsini gözləyir.

Nəşr yazır: "Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib ki, onlar münaqişəyə son qoymaq üçün çərçivə sənədinin bu ayın sonuna qədər və bəlkə də "bu həftə ərzində" bütün tərəflər tərəfindən razılaşdırılacağını gözləyirlər".

Lakin nəşr yazır ki, yeni sülh planının hazırlanmasında nə Ukrayna, nə də Amerikanın Avropa müttəfiqləri iştirak etməyib. Rusiyanın Ukraynanın geniş ərazilərini ələ keçirməsi, on minlərlə ukraynalı uşağın qaçırılması və ya Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ən təcili məsələlər üçün hansı həll yollarının nəzərdə tutulduğu da məlum deyil.

 

Məqalədə deyilir ki, "Ağ Evdə əhval-ruhiyyə nikbindir və görünür ki, plan Zelenskiyə baş fakt kimi təqdim olunacaq". Yəni, Zelenski fakt qarşısında qoyulacaq.

"Ukraynaya təklif edəcəyimiz şey ağlabatandır... Biz avropalılara əsasən əhəmiyyət vermirik. Əsas məsələ Ukraynanın razılaşmasıdır", - Ağ Evin yüksək vəzifəli rəsmisi qəzetə bildirib.

"Politico"-nun yazdığına görə, Ağ Ev hesab edir ki, hazırkı cəbhə xəttindəki vəziyyət və Zelenskini izləyən korrupsiya qalmaqalları nəzərə alınmaqla, Ukraynanı bu razılaşmanı qəbul etməyə məcbur etmək olacaq: "Onlar deyirlər ki, bu, ağlabatandır və Ukrayna üçün məqbul hesab edilə bilər”.

AzPolitika.info