ABŞ Zəngəzur dəhlizini Gürcüstanla müzakirə edir - Baş müşavirin səfəri
2025-11-18 14:01:11
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas "Tramp Marşrutu"nun (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi) müzakirəsi üçün Gürcüstana səfər edib.
Bu barədə Amerikanın Gürcüstandakı səfirliyi açıqlama verib.
Səfirliyin bəyanatında deyilir: "Onun səfəri Gürcüstanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nu necə dəstəkləyə biləcəyini müzakirə etməyə həsr olunub. Bu gün Askonas Sadaxlo sərhəd keçid məntəqəsinə (Ermənistanla sərhəddə yerləşir) baş çəkib. Səfəri zamanı o, Gürcüstan Xarici İşlər Nazirliyinin və hökumətinin, eləcə də beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşəcək".
Hürr Tərcüman
