Saat:18:34
Haqqımızda

ABŞ xarici dronların satışını qadağan edir

2025-12-23 12:47:14

ABŞ xarici  dronların satışını qadağan edir

Hurriyyet.az xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) milli təhlükəsizlik səbəbindən ABŞ-da xarici istehsallı pilotsuz uçuş aparatlarının (PUA) və onların vacib komponentlərinin satışını qadağan edib.

Bəyanatda xaricdə istehsal olunmuş pilotsuz uçuş sistemlərinin (PUA) və onların vacib komponentlərinin siyahıya əlavə edildiyi qeyd edilərək, bu məhsulların "ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaratdığı" iddia edilib.

Bu qərarın səbəbləri, o cümlədən ABŞ-ın 2026-cı ildə FİFA Dünya Kuboku və 2028-ci ildə Olimpiya Oyunları kimi böyük tədbirlərə ev sahibliyi etməsi, eləcə də "ABŞ hava məkanını kartellərdən, terrorçu qruplardan və xarici hökumətlərdən qorumaq üçün artan ehtiyac" göstərilib.

Qeyd edilib ki, qərar ABŞ-da artıq satılan məhsullara şamil edilmir.

ABŞ Nümayəndələr Palatasının Çin Kommunist Partiyası üzrə Xüsusi Komitəsi qərarı dəstəklədiyini bildirib və ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı açıqlamasına istinad edib. Bəyanatda qadağanın "milli təhlükəsizliyi qoruyacağı və Çin istehsalı olan dronların yaratdığı təhlükəni azaldacağı" iddia edilib.

NURAY