ABŞ və Ermənistan diplomatları görüşüblər
2025-10-17 14:12:42
Hurriyyet.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə və Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan Cənubi Qafqazdakı vəziyyəti, regional prosesləri və avqustun 8-də Birləşmiş Ştatlarda əldə edilmiş razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.
Bu barədə Ermənistanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti məlumat verib.
Mkrtçyan regionda sülhün və sabitliyin bərqərar olması ilə əlaqədar Vitkoffa minnətdarlığını bildirib.
Hürr Tərcüman
