Saat:15:46
Haqqımızda

ABŞ Ukraynaya silah tədarükünü bərpa edib: "Putin həddən artıq çox insan öldürür"

2025-07-08 20:56:18

ABŞ Ukraynaya silah tədarükünü bərpa edib:

Hurriyyet.az xəbər verir ki, ABŞ qısa fasilədən sonra Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda açıqlama verib: "Biz Ukraynaya bir sıra müdafiə vasitələrini göndəririk. Mən buna razılıq verdim". Tramp hansı silahların göndəriləcəyini dəqiqləşdirməyib. 
Tramp deyib: "Putin insanlarda pis rəftar etdiyi üçün müdafiə silahlarını tədarük etmək istəyirik. O, həddən artıq çox insan öldürür. Ona görə də biz Ukraynaya bir sıra müdafiə vasitələri göndəririk və mən də bunu təsdiqlədim".
Ötən həftə silah göndərilməsinin dayandırılması əmrinin kimin verdiyi barəsində sualın cavabında Tramp deyib: "Bilmirəm. Bunu Pentaqondan soruşmaq lazımdır".
Hürr Tərcüman


Load Time (S) : 0.529665