ABŞ Suriyadakı hərbi varlığını gücləndirir
2025-11-06 15:50:56
Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin məlumatlı mənbələrə istinadla yaydığı informasiyaya görə, ABŞ Suriyanın paytaxtı Dəməşq şəhərindəki dəki hava bazasına hərbi kontingent yerləşdirməyə hazırlaşır.
Məlumata görə, Suriya ilə İsrail arasında vasitəçi kimi çıxış edən ABŞ təhlükəsizlik paktının həyata keçirilməsini asanlaşdırmaq üçün bu addımı atır.
Paktın şərtinə görə baza silahsızlaşdırılmış zonaya çevrilməlidir.
Pentaqondan və ABŞ Prezident Administrasiyasından bu məsələ ilə bağlı hələlik rəsmi şərh verilməyib.
Hurr Tərcüman
