Saat:13:27
Haqqımızda

ABŞ-də viza ilə bağlı yeni yoxlamalar - 55 milyon insan təsirlənəcək

2025-08-22 12:44:02

ABŞ-də viza ilə bağlı yeni yoxlamalar - 55 milyon insan təsirlənəcək

ABŞ Prezidenti Donald Tramp ölkədəki viza sistemində geniş yoxlamalar başladıb.

Yeni qərara görə, ABŞ-də yükdaşıyan sürücülərə iş vizası verilməsi müvəqqəti dayandırılıb.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, mövcud vizaya malik şəxslərin miqrasiya qaydalarını pozub-pozmadığı yoxlanılacaq və qayda pozuntusu aşkarlanarsa həmin şəxslərin vizaları ləğv ediləcək.

ABŞ Dövlət Katibi Marko Rubio sosial media hesabında yayımladığı açıqlamada, ölkədə bu tip sürücülərin sayının artdığını qeyd edib. Rubio bunun ABŞ vətəndaşlarının həyatını təhlükəyə atdığını və yerli yükdaşıyan sürücülərim gəlirlərinə təsir etdiyini bildirib.

Bu yoxlamaların 55 milyon şəxsə təsir edəcəyi bildirilib.

AzPolitika.info