ABŞ daxilində gərginlik! Tramp Çikaqoya qoşun göndərəcək!
2025-09-03 09:35:03
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərindəki rekord həddinə çatan cinayətkarlıqla mübarizə aparmaq üçün şəhərə milli qvardiya göndərəcəyini bəyan edib.
Tramp Oval kabinetdəki çıxışı zamanı, ondan kömək istəyən yerli sakinlərdən müraciətlər aldığını bildirib. Sakinlər məktublarında şəhərdəki kriminal vəziyyət səbəbindən küçəyə çıxmaqdan qorxduqlarını yazıblar.
Tramp mətbuat konfransında deyib: "Bunu edəcəyik. Nə vaxt olacağını demirəm, amma bunu edəcəyik".
Hürr Tərcüman
