Saat:03:25
Haqqımızda

“ABŞ daxilində ciddi geosiyasi dilemma yaşanır” - POLİTOLOQ 

2025-12-04 18:07:58

“ABŞ daxilində ciddi geosiyasi dilemma yaşanır” - POLİTOLOQ 

“ABŞ daxilində də ciddi geosiyasi dilemmanın yaşandığı görünür. Bir qrup senatorun Tramp administrasiyasına Venesuelaya qarşı Konqresin icazəsi olmadan hərbi güc tətbiqini qadağan edən qətnamə təqdim etməsi Vaşinqtonun daxili siyasi sistemində balansın dəyişdiyini göstərir”. 

Bu barədə Hurriyyet.az-a politoloq Züriyə Qarayeva Konqresin Trampın hədəflərinə qarşı qətnamə təqdim etməsi ilə bağlı mövqeyini ifadə edərkən qeyd edib.

 “Bu addım Trampın Maduroya qarşı sərt xəttini zəiflətməyi hədəfləsə də, onun xarici siyasətdə qeyri-ənənəvi davranış üslubu nəzərə alınanda prezidentin alternativ təzyiq mexanizmlərindən istifadə edəcəyi ehtimalı böyükdür. Tramp Venesuela neftinə daha sərt iqtisadi sanksiyalar tətbiq edə, regionda diplomatik təcrid yarada, müxalifətə maliyyə dəstəyini artıra və yüksək rütbəli hərbçilərə fərdi sanksiyalar yönəldə bilər”,-deyə politoloq vurğulayıb. 

Z.Qarayevin fikrincə, həm ABŞ-Rusiya, həm də ABŞ-Venesuela xəttində paralel şəkildə davam edən proseslər göstərir ki, qlobal güclər açıq bəyanatlardan çox, pərdəarxası anlaşmalar və mərhələli təzyiq strategiyaları ilə yeni siyasi reallıq formalaşdırmağa çalışırlar.

CAVİD