7 ay sonra vəzifəsindən azad edildi
2025-10-17 15:58:30
Bakı Metropoliteni QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev vəzifəsindən azad edilib.
Hurriyyet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
QSC-dən bildirilib ki, A.Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.
Qeyd edək ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.
