Saat:03:25
Haqqımızda

2026 dünya çempionatı üçün Messi öz favoritlərini açıqladı

2025-12-04 19:44:00

2026 dünya çempionatı üçün Messi öz favoritlərini açıqladı

Argentina millisinin kapitanı Lionel Messi 2026 Dünya Kubokunun favoritləri barədə danışıb.

Messi açıqlamasında bir neçə komandanın turnirdə ön plana çıxdığını bildirib:

“Çox güclü yığmalar var — İspaniya, yenidən Fransa, İngiltərə, uzun müddətdir çempion olmayan və buna can atan Braziliya, həmçinin Almaniya.”

Ulduz futbolçu, həmçinin, Argentina üzərindəki təzyiqin artdığını vurğulayıb:

“Hamı Argentina ilə oynamaq istəyirdi, amma indi son dünya çempionu olduğumuz üçün bu daha da çətinləşib. Dünya Kubokunu qazanmaq çox çətindir, amma biz rəqabəti dayandırmayacağıq — bu dəqiqdir.” \\Offsideplus.az