2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
2025-10-18 15:19:29
Mingəçevirdə 19 yaşlı qızın meyiti asılı halda aşkarlanıb.
Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində qeydə alınıb.
Belə ki, Ləman Bayramovanın meyiti yaşadığı evdə tapılıb. Məlumata görə, Ləmanın yaxın günlərdə toyu olacaqmış.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
