14 yaşlı qızın 33 yaşlı kişi ilə toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.
Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.
***
Əldə etdiyimiz məlumata görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.
