1399-cu gün: Rusiyanın itkiləri yeniləndi
2025-12-23 11:06:50
Ukrayna müharibənin 1399-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 199 280 hərbçi, 11 446 ədəd tank, 23 792 ədəd zirehli döyüş maşını, 35 331 ədəd artilleriya sistemi, 1 576 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 256 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 70 966 ədəd avtomobil texnikası, 93 166 ədəd PUA, 4 073 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 029 xüsusi avadanlıq itirib.
