Saat:20:21
Haqqımızda

“ Zəfərin izi ilə” veloyürüşün final mərhələsi Xankəndidə keçirilib- FOTO

2025-11-12 16:26:55

“ Zəfərin izi ilə”  veloyürüşün final mərhələsi Xankəndidə keçirilib- FOTO

Noyabrın 12-də  Xankəndi şəhərində “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağa veloyürüş– Zəfərin izi ilə” layihəsinin final mərhələsi baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarışın  əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, azad olunmuş ərazilərdə idmanın inkişafına dəstək olmaq və Qarabağda sosial-iqtisadi dirçəlişə töhfə verməkdir.  Final mərhələsi Xankəndidəki Zəfər meydanında təşkil olunmuş veloyürüş iştirakçılarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi  Elçin Yusubov qarşılayıb. Yarış iştirakçıları arasında  Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, milli qəhrəman, general-polkovnik Mədəd Quliyev də olub. Tədbirdə vurğulanıb ki, “Qarabağa veloyürüş Zəfərin izi ilə” layihəsi təkcə idman yarışı deyil, həm də Azərbaycanın dövlətçilik ənənələrinin, milli həmrəyliyin və Zəfərin rəmzidir.

"Gənc Peşəkar Velosipedçilər Klubu”nun nümayəndələri bildiriblər ki, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcək və Azərbaycanın müxtəlif bölgələrində velosiped idmanının inkişafına, eləcə də gənclərin sağlam həyata yönləndirilməsinə xidmət edəcək. Qeyd edək ki, sonda fəal veloyürüş iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

Hurriyyet.az