Saat:15:22
Haqqımızda

UKRAYNAYA 60 MİLYARDLIQ YARDIMIN DÜYÜNÜ AÇILIR – Konqres bu həftə qərar verə bilər...

2024-04-16 13:28:02

UKRAYNAYA 60 MİLYARDLIQ YARDIMIN DÜYÜNÜ AÇILIR – Konqres bu həftə qərar verə bilər...

ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə İsrail, Ukrayna və ABŞ-nin digər müttəfiqlərinə hərbi yardım nəzərdə tutan bir neçə qanun layihəsinə baxacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə bazar ertəsi Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson məlumat verib.

Consonun sözlərinə görə, o, qanunvericilərin müzakirəsinə bir neçə qanun layihəsi təqdim etmək niyyətindədir: müdafiə xərcləri üçün İsrailə vəsaitin ayrılması, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi, Tayvana və Amerikanın digər müttəfiqlərinə yardım və ABŞ-də dondurulmuş Rusiyanın dövlət aktivlərinin satışı vasitəsilə Kiyevə yardımın maliyyələşdirilməsi haqqında.

“Biz bilirik ki, bütün dünya bizi izləyir, bizim reaksiyamızı gözləyir” – deyən Mayk Conson, “Terrorçular, tiranlar, Putin, Si kimi dəhşətli liderlər, iranlılar Amerikanın öz müttəfiqlərini dəstəkləməyə və ətrafdakı maraqlarını müdafiə etməyə hazır olub-olmadığını izləyir. Dünya bilsin ki, biz bunu edəcəyik", - spiker vurğulayıb.

Ukrayna, İsrail, Tayvana və ABŞ-nin digər müttəfiqlərinə hərbi yardım göstərilməsi haqqında qanun layihəsi ötən ilin payızında Nümayəndələr Palatasına təqdim edilib. Bununla belə, spiker Conson Ukraynaya dəstək verməyə qarşı çıxan bir qrup mühafizəkar respublikaçı qanunvericinin təzyiqi altında onu səsverməyə çıxarmaqdan imtina etdi.

Yanvarda ABŞ Senatı Ukraynaya 60 milyard dollarlıq hərbi yardım nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Əksər konqresmenlər belə bir qanun layihəsini dəstəkləməyə hazır idilər. Əsas maneə Mayk Consonun qanun layihəsini Nümayəndələr Palatasına təqdim etməkdən imtina etməsi idi. Consonun Nümayəndələr Palatasına bir neçə ayrı qanun layihəsi təqdim etmək qərarı hər bir sənədə səs vermək imkanı tələb edən mühafizəkar respublikaçılara güzəşt kimi qiymətləndirilir.

Amerika mətbuatının yazdığına görə, son həftələrdə Mayk Conson həm açıq, həm də qapalı dairələrdə Ukraynaya yardımın ayrılmasını təmin etməkdə qərarlı olduğunu bildirib. Kiyevə yardımın bir hissəsinin uzunmüddətli kreditlər şəklində ayrılması təklifi, Rusiya Mərkəzi Bankının aktivlərini müsadirə etmək istəyi spikerin mühafizəkar düşüncəli respublikaçılarla kompromis tapmaq cəhdidir. Bununla belə, Nümayəndələr Palatasının sədrinin planının uğuru hələ ki, təmin edilmir. Bir neçə respublikaçı artıq buna qarşı çıxıb, o cümlədən Consonun tənqidçisi kimi tanınmış Marjorie Taylor Greene spikerin təklifini “fırıldaqçılıq” adlandırıb və Consonu spiker vəzifəsindən kənarlaşdırmaq üçün Nümayəndələr Palatasında səsvermə keçiməklə hədələyib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.131087