Saat:12:14
Haqqımızda

Ukrayna bu razılaşmadan qəfil çıxdı – Qara dənizdə təhlükəsiz dəhliz olmayacaq

2024-04-16 12:45:27

Ukrayna bu razılaşmadan qəfil çıxdı – Qara dənizdə təhlükəsiz dəhliz olmayacaq

“Ukrayna gözlənilmədən Rusiya və Türkiyə ilə Qara dənizdə təhlükəsiz naviqasiya ilə bağlı razılaşmadan çıxdı”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi dörd həmsöhbətinə istinadən yazıb.

Agentliyin məlumatına görə, Rusiya və Ukrayna Türkiyənin vasitəçiliyi ilə iki ay ərzində danışıqlar apararaq, Qara dənizdə yüklərin təhlükəsiz daşınmasını təmin etmək barədə razılığa gəliblər.

Amma Kiyev müqaviləni rəsmən imzalamaq istəməyib, lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onu martın 30-da elan etdib.

Mənbə “Reuters”ə deyib: “Son anda Ukrayna qəfildən müqavilədən çıxdı və razılaşma uğursuz oldu”.

Agentliyin daha üç həmsöhbəti bunu təsdiqləyib. İmtinanın səbəbləri məlum deyil. Rusiya, Ukrayna və Türkiyə bu barədə şərh verməkdən imtina edib.

“Reuters” müqavilənin surətini də əldə edib. Razılaşmanın şərtlərinə görə, Moskva və Kiyevdən Qara dənizdəki ticarət gəmilərinə təhlükəsizlik zəmanəti verməli, onların boş olduğu və ya qeyri-hərbi yük elan edildiyi halda onlara atəş açmayacağı, onları ələ keçirməyəcəyi və axtarış aparmayacağına söz verməli idi.

Qara dəniz həm Rusiya, həm də Ukrayna üçün taxıl, gübrə və neft daşımaları üçün əsas marşrutdur – baxmayaraq ki, onların həcmi müharibə başlayandan bəri əhəmiyyətli dərəcədə azalıb.

2023-cü ilin iyulunda Rusiya il ərzində bir neçə dəfə uzadılan taxıl müqaviləsindən geri çəkildi və bunu Qərb ölkələri tərəfindən razılaşmalara əməl edilmədiyi iləəsaslandırdı. 2024-cü ilin fevralında Ukrayna ABŞ-nin yeni hərbi yardımı olmadan Qara dəniz gəmi dəhlizini qoruya bilməyəcəyini bəyan edib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158316