Sülhməramlılar Azərbaycanı tərk edir - YENİ GÖRÜNTÜLƏR
2024-04-17 11:17:21
Məlum olduğu kimi, Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə sülhməramlıların bölgəni tərk etdiyi anları əks etdirən yeni görüntülər yayılıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
azpolitika.info