Saat:10:21
Haqqımızda

SON DƏQİQƏ! Ərdoğan ona TƏCİLİ məktub göndərdi: Türkiyə... - FOTO

2024-04-13 20:56:56

SON DƏQİQƏ! Ərdoğan ona TƏCİLİ məktub göndərdi: Türkiyə... - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Katoliklərin Ruhani Lideri Papa Fransiskə Fələstinlə bağlı məktub göndərib.

Hurriyyet.Az xəbər verir ki, Ərdoğanın məktubunda insan öldürməyin bütün səmavi dinlər tərəfindən haram buyurulduğu vurğulanıb

"Öldürmənin bütün səmavi dinlər tərəfindən haram olduğunu bilən bəşəriyyət Qəzzada beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulmasına bir daha icazə verməməlidir. Xəstəxanaların qəsdən bombalanmasına qarşı səsini ucaltmalıdır. məktəblərə, məscidlərə və kilsələrə müharibə zamanı belə toxunulmamalıdır Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir. Qarşılaşdığımız çətinliklər, xüsusən də humanitar yardımın çatdırılmaması səbəbindən aclıqdan ölənlərin artdığı Qəzzada müqəddəs Ramazan ayında belə fərq qoymadan davam edən İsrail hücumları və üçüncü mərhələsinə qədəm qoyan Ukrayna müharibəsinin qlobal təsirləri beynəlxalq ictimaiyyətin əməkdaşlıq və koordinasiya içində hərəkət etməsini zəruri edir” - məktubda qeyd edilib

Ərdoğan Türkiyənin 7 oktyabr 2023-cü ildən - İsrail-HƏMAS müharibəsinin başladığı gündən bəri təxminən 45 min tona yaxın humanitar yardımla Qəzzaya ən çox dəstək olan ikinci ölkə olduğunu xatırladıb.

Türkiyə lideri dünyada yayılan anti-islamçılıq, irqçilik və ksenofobiya təhlükəsinə diqqət çəkib:

“Cəmiyyətlər arasında sülh və sabitliyi təhdid edən son tendensiyaları nəzərə alaraq, dünyamızın əhatəli və rasional siyasətə, hər kəslə dialoq qura bilən aktorlara ehtiyacı var. Bu anlaşma çərçivəsində biz yanaşı dinc yaşama və qarşılıqlı anlaşma mədəniyyətini yaymaq üçün Vatikan ilə dialoq və əməkdaşlığımızı daha da inkişaf etdirməkdə qərarlıyıq”.

Məktubu Papaya Türkiyə Diyanət İşləri Başçısı Əli Ərbaş təqdim edib.

Papa Fransisk Prezident Rəcəb Tayyib Ərdoğanın böyük gücə sahib olan və dünya sülhü üçün çox çalışan azsaylı liderlərdən biri olduğunu bildirib.

 

 

@ Musavat.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223066