Saat:11:47
Haqqımızda

Saakaşvili ölkəboyu etirazlara çağırdı

2024-04-17 15:14:41

Saakaşvili ölkəboyu etirazlara çağırdı

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili xarici agentlər barəsində qanun layihəsinin əleyhinə mitinq keçirən müxalifətin tərəfdarlarını ölkənin hər yerində etiraz nümayişlərinə çıxmağa çağırıb. 
Saakaşvili onlayn iştirak elədiyi məhkəmə iclasındakı çıxışında deyib: "Güc yalnız birlikdədir. Əlbəttə ki, etiraz hərəkatı davam etməli və bütün Gürcüstanı əhatə eləməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qələbə çalacağıq".
Saakaşvili bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərindən əvvəl birləşməyə çağırıb. Onun sözlərinə görə, qələbə çalmaq üçün müxalifətin vahid siyahısının olması zəruridir.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159750