Hadi Rəcəbli vəfat etdi - Yenilənib
2024-04-17 09:22:34
Sabiq millət vəkili Hadi Rəcəbli vəfat edib.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.
Qurumdan “qafqazinfo”nun sorğusuna verilən cavabda bildirilir:
“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.