Saat:09:55
Haqqımızda

Astarada altıotaqlı ev yandı

2024-04-17 20:46:09

Astarada altıotaqlı ev yandı

Astarada fərdi yaşayış evində yanğın baş verib.

Hurriyyet.Az xəbər verir ki, hadisə rayonunun Marzəsə kəndində 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus altıotaqlı fərdi yaşayış evində olub.

Dağ kəndi olan Marzəsənin yolsuzluq şəraitinə görə Astara rayon yanğından mühafizə hissəsinin texnikası əraziyə qalxa bilməyib. 2 mərtəbəli altıotaqlı ev əşyaları ilə tamamilə yanıb.

Faktla bağlı araşdırma davam etdirilir. \\Qafqazinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.148609