Saat:13:03
Haqqımızda

"Artıq siyasi təşkilatlar və hətta ən ciddi siyasi fiqurlar da şousuz keçinə bilmir" - ELDƏNİZ ƏMİROV

2024-04-17 11:15:57

"Göz və qulağı aldatmaq olur, amma ac insanın qarnını şou ilə aldatmaq olmur"

"Azərbaycan tamaşaçısı ucuz şoulara maraq göstərdiyi üçün qınanılırdı. Amma artıq siyasi təşkilatlar və hətta ən ciddi siyasi fiqurlar da şousuz keçinə bilmir. İş o yerə çatıb ki, şou hərbi davranışlara və müharibə sahəsinə də keçib". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, dünyanın ən gizli müttəfiqləri daha böyük məqsədlər naminə illərdir ki, bir-birinə düşmən kimi davranır: "Ən dəhşətlisi isə odur ki, onlar nəinki siyasi ekspertləri, hətta bir çox siyasi fiqurları da inandıra bilirlər. Və bu, elə də çətin olmur. Sadəcə lazımı məqamlarda zəif müttəfiqə tapşırıq verilir ki, mənə "yumruq" at. Beləcə, hər il 10-15 dəqiqəlik müharibə şouları göstərirlər. Dünya da baxıb, feyziyab olur. Bədbəxtlikdən, iqtisadiyyat uzunmüddətli şou qəbul eləmir. Çünki bədii, mədəni, siyasi və hətta müharibə şousunu da qəbul edən göz və qulaqlardır. Göz və qulağı aldatmaq olur, amma ac insanın qarnını şou ilə aldatmaq olmur. Yoxsa, aclıqdan ölən Afrika sakinlərinin qarnını dünya şoumenləri çoxdan doydurmuşdu".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157319